EN

Trampın münaqişəsinə son qoymaq planı

ABŞ-ın İrandakı hərbi əməliyyatı yaxın həftələrdə başa çatmayacaq.

Publika.az xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinad məlumat yayıb.

İsrail rəsmiləri onlarda belə bir təəssürat yarandığını bildiriblər ki, Donald Tramp müharibəni yaxın iki-üç həftə ərzində dayandırmağı planlaşdırmır. Lakin onlar ABŞ prezidentinin Amerikanın məqsədlərinə çatdığına qərar verəcəyi təqdirdə qəfil qərar qəbul edə biləcəyi ehtimalını da istisna etmirlər.

İsraildəki digər mənbələr isə qeyd ediblər ki, Amerika lideri son zamanlar Yaxın Şərqlə bağlı məsələlərdə qeyri-müəyyən və yayındırıcı mövqe nümayiş etdirir.

Bundan əvvəl Tramp İranda "zərbələr üçün demək olar ki, hədəf qalmadığını" qeyd edərək, əməliyyatın yalnız o, qərar verdiyi zaman bitəcəyini bəyan etmişdi.

Chosen
22
50
publika.az

10Sources