EN

Ərbildə ABŞ bazası vuruldu, SEPAH Təl-Əvivə raket yağdırdı

Yaxın Şərqdə gərginlik daha da artır.

Musavat.com xəbər verir ki, İraqın Ərbil şəhərində yerləşən hərbi bazaya endirilən zərbə nəticəsində bir neçə ABŞ hərbçisi yaralanıb.

Sky News telekanalının məlumatına görə, hücumdan sonra bazada təhlükəsizlik tədbirləri gücləndirilib və yaralanan hərbçilərə tibbi yardım göstərilib. 

Eyni zamanda bölgədə daha genişmiqyaslı hərbi əməliyyatların başladığı bildirilir. Məlumata görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və ABŞ hərbi obyektlərinə qarşı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

SEPAH-ın istifadə etdiyi silahlar arasında “Emad”, “Qədr”, “Xeybərşəkən” və hipersəs kateqoriyasına aid olduğu iddia edilən “Fəttah” raketlərinin də olduğu qeyd olunur. Bu raketlərin bir hissəsinin Təl-Əvivin mərkəzinə doğru buraxıldığı bildirilir.

Məlumatlara görə, eyni vaxtda ABŞ-nin Yaxın Şərqdə yerləşən bəzi hərbi bazaları da hücumların hədəfinə çevrilib. Regionda yerləşən hava hücumundan müdafiə sistemləri bir sıra raket və dronları havada zərərsizləşdirməyə çalışsa da, bəzi zərbələrin hədəflərə çatdığı iddia olunur.

 

Musavat.com

Chosen
78
39
musavat.com

10Sources