EN

Mingəçevirdə mənzildə qadın meyiti tapılıb

Mingəçevir şəhərində yerləşən mənzillərdən birində qadın meyiti aşkarlanıb.

Hadisə şəhərin Nəriman Nərimanov küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb. Belə ki, mənzillərin birində 1963-cü il təvəllüdlü şəhər sakini Rayət Göyüşovanın meyiti aşkar edilib.

İlkin baxış zamanı meyitin üzərində hər hansı zorakılıq izlərinə rast gəlinmədiyi bildirilib. Qadının ölüm səbəbi hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır. Ölümün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizasının rəyindən sonra müəyyən olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
113
9
olaylar.az

10Sources