Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, 17-ci turun bütün oyunları Bakıda baş tutub.

Bu qarşılaşmalardan üçündə quru hesab qeydə alınıb. Digər görüş isə gərgin keçib və yekun nəticə beş setdə bəlli olub.


Yüksək Liqa 

XVII tur

   “AZERRAIL” – “Turan” 0:3 (14:25, 22:25, 18:25)

   “Abşeron” – “Gənclər” 3:0 (25:19, 25:20, 25:17)

   “Milli Aviasiya Akademiyası” – “Gəncə” 3:2 (23:25, 25:19, 20:25, 25:17, 15:13)

   UNEC – “DH Volley” 0:3 (13:25, 15:25, 18:25)