EN

Saharaya qar yağdı - FOTO

Afrikanın ən isti və quraq bölgələrindən biri hesab olunan Saharada nadir meteoroloji hadisə qeydə alınıb.

Musavat.com xəbər verir ki, son 40 ildə yeddinci dəfə olaraq Sahara səhrası ərazisinə qar yağıb. Qar Ayn-Sefra şəhəri yaxınlığında yerləşən qum təpələrini ağ örtüklə örtüb.

Bildirilir ki, bu ərazi Atlas dağları yaxınlığında yerləşdiyi üçün gecə saatlarında temperatur bəzən sıfır dərəcədən aşağı düşə bilir. Məhz bu səbəbdən müəyyən illərdə səhrada qar yağması kimi nadir hallar müşahidə olunur.

Buraya qarın düşməsi çox nadir hadisə hesab olunur və adətən qısa müddət davam edir.

 

Musavat.com

Chosen
136
musavat.com

1Sources