EN

“Qiyamət balığı” sahilə çıxdı, sakinləri qorxu bürüdü

Normalda 1000 metr dərinlikdə yaşayan iki nəhəng avar balığı Meksikanın Kabo San Lukas sahillərində eyni vaxtda sahilə çıxıb.Metbuat.az xəbər verir ki, deyilənə görə, bu balıqlar zəlzələ və sunami kimi böyük təbii fəlakətlərdən əvvəl sahilə çıxır. Yerli sakinlər arasında “qiyamət balığı” kimi tanınan iki nəhəng avar balığının sahildə görünməsi bölgədə təəccüb və marağa səbəb olub. Vətəndaşlar müdaxilə edərək balıqları suya qaytarıblar.

Qeyd edək ki, Avar balıqları uzunluğu 9 metrə çata bilən və nadir hallarda səthə çıxan mezopelagik canlılardır. Yapon folklorunda bu balıqlar "dəniz tanrılarının elçiləri" kimi təsvir edilir və zəlzələ və sunami kimi böyük təbii fəlakətlərdən əvvəl sahilə çıxdıqlarına inanılır. Lakin elmi ictimaiyyət bu mifoloji əlaqəni dəstəkləyən konkret dəlil olmadığını bildirib. Mütəxəssislər bu canlıların sahilə çıxmasını güclü okean cərəyanları, seysmik aktivlikdən asılı olmayaraq dəniz suyunun temperaturunun dəyişməsi kimi amillərlə əlaqələndirirlər.

Chosen
34
4
metbuat.az

7Sources