Qeyd edək ki, Avar balıqları uzunluğu 9 metrə çata bilən və nadir hallarda səthə çıxan mezopelagik canlılardır. Yapon folklorunda bu balıqlar "dəniz tanrılarının elçiləri" kimi təsvir edilir və zəlzələ və sunami kimi böyük təbii fəlakətlərdən əvvəl sahilə çıxdıqlarına inanılır. Lakin elmi ictimaiyyət bu mifoloji əlaqəni dəstəkləyən konkret dəlil olmadığını bildirib. Mütəxəssislər bu canlıların sahilə çıxmasını güclü okean cərəyanları, seysmik aktivlikdən asılı olmayaraq dəniz suyunun temperaturunun dəyişməsi kimi amillərlə əlaqələndirirlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta