ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yevlaxda 2024-cü il təvəllüdlü uşaq valideyn tərəfindən nəzarətsiz qaldığından yaxınlıqdan keçən arxa düşərək boğulub.
Globalinfo.az xəbər verir ki, 8 uşaqlı ailənin ən kiçik övladı olan 1 yaş 4 aylıq oğlan küçədə çirkab sular axan arxa düşüb.
Bu zaman azyaşlının digər qardaşı hadisə barədə anasına xəbər verib. Yaxınları uşağı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Şəhərin Üzeyir Hacıbəyli küçəsində yaşayan sakinlər bildiriblər ki, baş verən bədbəxt hadisə ərazidə ilk deyil. Bir neçə il öncə həmin ailənin azyaşlı övladlarından biri də bu arxa düşərək həyatını itirib.
“İki il bundan qabaq 3 yaşında bir uşağı o arxa düşüb öldü. Bu il bir uşağı düşüb öldü. Belə zülm olmaz”, – deyə sakinlər qeyd edib.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.