AZ

İkinci uşağı da eyni arxa düşərək dünyasını dəyişdi VİDEO

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yevlaxda bir ailənin 2-ci uşağı da eyni arxa düşərək dünyasını dəyişib.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bədbəxt hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

İkinci uşağı da eyni arxa düşərək dünyasını dəyişdi - VİDEO

8 uşaqlı ailənin ən kiçik övladı olan 1 yaş 4 aylıq oğlan küçədə çirkab sular axan arxa düşüb. Bu zaman azyaşlının digər qardaşı hadisə barədə anasına xəbər verib. Yaxınları uşağı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Şəhərin Üzeyir Hacıbəyli küçəsində yaşayan sakinlər bildiriblər ki, baş verən bədbəxt hadisə ərazidə ilk deyil. Bir neçə il öncə həmin ailənin azyaşlı övladlarından biri də bu arxa düşərək həyatını itirib. Küçənin kanalizasiya sularının axıdıldığı arx artıq sakinlərin kabusuna çevrilib.

Məlumata görə, 8 uşaqlı ailənin başçısı Məhəmməd Bəkirov 8 ay öncə xəstəlikdən dünyasını dəyişib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
6
oxu.az

7Mənbələr