EN

Tehranın mərkəzi: küçələrdə hərbi vəziyyət hökm sürür VİDEO

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

İranın paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib və mərkəzi küçələrdə hərbi qüvvələrin hərəkəti qeydə alınıb.

Bakupost.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Tehran şəhərinin mərkəzi hissələrində hərbi texnika və silahlı qüvvələrin yerləşdirildiyi görünür. Kadrlarda təhlükəsizlik qüvvələrinin əsas küçə və meydanlarda mövqe tutduğu diqqət çəkir.

Məlumatlara görə, paytaxtda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ölkədə son aylarda davam edən siyasi gərginlik və etirazlar fonunda həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
89
1
www.bakupost.az

10Sources