EN

ABŞ ordusuna məxsus yanacaq dolduran təyyarə İraqda qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135” tipli yanacaq dolduran təyyarə cümə axşamı İraqın qərbində qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat verib.

Məlumata görə, xilasetmə əməliyyatları davam edir, hadisə nəticəsində insan tələfatının olub-olmadığı barədə hələ ki, heç bir məlumat verilmir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) təyyarənin itirilməsinin düşmən hücumu nəticəsində baş vermədiyini açıqlayıb.

Chosen
118
8
apa.az

10Sources