AZ

İraqda qəzaya uğrayan təyyarədə 6 ABŞ hərbçisi ölüb

İraqda təyyarə qəzası nəticəsində 6 ABŞ hərbçisi ölüb.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135” tipli yanacaq dolduran təyyarə cümə axşamı İraqın qərbində qəzaya uğrayıb.

KC-135 əsas hava yanacaqdoldurma təyyarəsidir. Təyyarə tək bir uçuşda 90 tona qədər yanacaq ötürə bilir. Bu nəhəng təyyarənin dəyəri təxminən 25 milyon dollardır.

Pentaqon təyyarənin vurulması ilə bağlı xəbərləri təkzib edib.

 

AzPost.az

Seçilən
51
1
azpost.info

10Mənbələr