EN

ABŞ-nin ikinci KC-135 yanacaqdaşıyan təyyarəsi zədələnib - İsraildə eniş edib

BAKI, 13 mart. TELEQRAF

ABŞ-yə məxsus ikinci KC-135 tipli yanacaqdaşıyan hərbi təyyarə zədələnsə də, İsrail ərazisində eniş edə bilib.

Teleqraf xəbər verir ki, "CBS News"un qəzaya uğrayan ilk yanacaqdaşıyan təyyarənin ekipajının altı nəfərdən ibarət olduğunu yazıb.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı iki təyyarə ilə bağlı insident baş verdiyini açıqlayıb. Bildirilib ki, onlardan biri İraqın qərbində qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə eniş edib.

Məlumata görə, hadisənin düşmən hücumu və ya “dost atəşi” nəticəsində baş vermədiyi qeyd olunub.

Hazırda ərazidə xilasetmə əməliyyatı aparılır. Hadisə nəticəsində yaralanan və ya həlak olanların olub-olmaması barədə hələlik məlumat verilməyib.

Chosen
141
8
teleqraf.com

10Sources