BAKI, 13 mart. TELEQRAF
Türkiyənin mərkəzi hissəsində 5,3 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, yeraltı təkanların episentri təxminən 129 min nəfərin yaşadığı Tokat şəhərindən 46 kilometr şimalda yerləşib.
Zəlzələnin ocağının 6 kilometr dərinlikdə olduğu qeyd olunub.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.