EN

Bu gün 3-cü Qədr gecəsidir

Bu gün Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.

 

Senzor.az Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi cədvələ istinadən bildirir ki, bu il üçüncü Qədr gecəsi Ramazan ayının 22-dən 23-nə, yəni martın 12-dən 13-nə keçən gecəyə təsadüf edir. Sonuncu Qədr gecəsi martın 16-da olacaq. 

 

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olmağa başladığı gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub. Əhya gecələrində oyaq qalıb ibadət etmək böyük savab hesab olunur.

 

Onu da xatırladaq ki, Ramazan ayı Azərbaycanda fevralın 19-də başlayıb. Şəvval ayının 1-də, yəni martın 20-da Ramazan (Fitr) bayramı olacaq.

 

Chosen
85
18
senzor.az

10Sources