EN

Vaşinqton ştatından sürpriz qərar: Milyonçular üçün yeni vergi tətbiq olunur

ABŞ-nin Vaşinqton ştatının Qanunvericilik Məclisi "milyonçular üçün vergi"nin tətbiqini təsdiqləyib. Bu qərarın varlı vergi ödəyicilərinin kütləvi şəkildə ştatdan köçməsinə səbəb ola biləcəyi ehtimal edilir.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Qanun layihəsinə əsasən, illik şəxsi gəliri bir milyon dollardan yuxarı olan şəxslərə 9,9 faiz həcmində vergi tətbiq olunacaq. Yeni verginin təxminən 20 min ev təsərrüfatına təsir edəcəyi və ştat büdcəsinə hər il dörd milyard dollara qədər əlavə gəlir gətirəcəyi gözlənilir.

Qeyd olunub ki, Vaşinqton ştatında bu məsələ ilə bağlı indiyədək 10 dəfə referendum keçirilib və yerli sakinlər hər dəfə "milyonçular üçün vergi"nin tətbiqinə qarşı çıxıblar. Bununla belə, "The New York Times" yazır ki, son dövrlər ştatda ictimai əhvali-ruhiyyə varlıların xeyrinə deyil.

Eyni zamanda bildirilir ki, Vaşinqton ştatının yaxın dörd il üçün büdcə kəsiri 10-12 milyard dollar həcmində qiymətləndirilir. Yeni verginin isə 2029-cu ildən tez olmayaraq nəzərəçarpacaq maliyyə effekti verəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, indiyədək Vaşinqton gəlir vergisi olmayan doqquz ABŞ ştatından biri kimi tanınırdı və bu səbəbdən varlı amerikalılar burada məskunlaşmağa üstünlük verirdilər.(oxu.az)

Chosen
16
3
olke.az

4Sources