EN

ABŞ Patriot-u əvəzləyəcək sistem axtarır - Uitaker

Şahid kamikaze dronlarına qarşı bahalı Patriot tutucu raketlərindən istifadə səmərəsizdir və ABŞ alternativ hava hücumundan müdafiə sistemləri axtarır.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Fox Business-ə verdiyi müsahibədə deyib: "Hər hansı bir şirkət mənə və ya ABŞ-a müraciət etdikdə, mən həmişə onlardan Ukraynada istifadə olunub-olunmadığını soruşuram. İndi sual onların Yaxın Şərqdə, kim tərəfindən və necə istifadə olunmasıdır. Bəzi texnologiyalar həqiqətən fövqəladədir, onlardan biri də Patriot sistemidir. Lakin bir Patriot raketinin buraxılması 4 milyon dollara başa gəlir və onun effektivliyi 96-98 faizə çatır. Bu, xüsusilə 20.000 dollardan az olan Şahed dronlarından danışarkən çox bahadır".

Uitaker əlavə edib ki, hazırda ABŞ-da əldə olunan yeni müdafiə vasitələrini sınaqdan keçirməyə və bu texnologiyaların effektivliyini təmin etməyə imkan verən bir neçə "döyüş laboratoriyası" fəaliyyət göstərir.

Musavat.com

Chosen
67
musavat.com

1Sources