"Portu"nun müdafiəçisi Tiaqo Silva Almaniyanın "Ştutqart" komandasına qarşı Avropa Liqasının 1/8 final mərhələsində ilk oyununu keçirib.
İdman.Biz xəbər verir ki, Portuqaliya komandası 2:1 hesabı ilə qalib gəlib.
Braziliyalı futbolçu Avropanın ikinci ən nüfuzlu yarışında rekord qırıb. Bu barədə X sosial şəbəkəsindəki Avropa Liqası hesabı məlumat yayıb.
Braziliyalı müdafiəçi yarışda ilk dəfə 41 yaşında meydana çıxıb və Avropa Liqası tarixində ən yaşlı debütant olub. Qeyd etmək lazımdır ki, Tiaqo Silva Avropanın ən nüfuzlu yarışı olan Çempionlar Liqasında 105 oyun keçirib.
Tiaqo Silva daha əvvəl "Fluminense"dən ayrılaraq 2025-ci ilin dekabrında "Portu"ya qoşulub. Bu mövsüm müdafiəçi Portuqaliya klubunda bütün yarışlarda yeddi oyun keçirib və qol vurmayıb.