EN

İnəkdən çıxan xəzinə: Tapan varlanır, qiyməti qızılı ikiqat üstələyir

Heyvandarlıq sektorunda əvvəllər diqqət çəkməyən, lakin hazırda dünyanın ən bahalı maddələrindən birinə çevrilən inək öd daşları qlobal bazarlarda böyük səs-küyə səbəb olub. Tibb dünyası üçün kritik əhəmiyyət kəsb edən bu daşların bir qramı artıq qızıldan daha baha satılır.

Publika.az Milli.az-a istinadən xəbər verir ki, sığır öd daşlarının bir unsiya (təxminən 28.3 qram) üçün qiyməti 5.800 dollara (təxminən 9.860 AZN) yüksəlib.

Müasir heyvandarlıqda heyvanlar daha gənc yaşda kəsildiyi üçün bu daşların təbii yolla formalaşması çətinləşib. Təklif azaldıqca, qiymət tarixi zirvəsinə çatıb.

Ənənəvi Çin təbabətində "Niu Huang" adıyla tanınan bu maddə min illərdir müalicəvi xüsusiyyətlərinə görə istifadə olunur:

İflic və sinir sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərmanların əsas tərkib hissəsidir.

Chosen
34
6
publika.az

7Sources