EN

Oğul Xamenei xalqa ilk dəfə müraciət etdi - özünü yenə görən olmadı



Atasının ölümündən sonra İranın Ali Lideri seçilən Müctəba Xamenei ilk dəfə xalqa müraciət edib. Lakin maraqlıdır ki, 12 mart cümə axşamı günü dövlət televiziyasında yayımlanan bəyanatının mətni digər İran media orqanları tərəfindən də yayılsa da, Xameneinin özü kamera qarşısına çıxmayıb.
Ali lider bəyanatında ABŞ və İsraildən qisas almaqdan danışıb və həmçinin Körfəz ölkələrini ABŞ hərbi bazalarını bağlamağa çağırıb.

28 fevraldan bəri ABŞ və İsrail tərəfindən İrana qarşı aparılan müharibədə həlak olan "şəhidlər" üçün qisas almağa çağıran bəyanatda “Biz uşaqlarımızın qanına xüsusilə həssasıq"- deyə vurğulanır.
Tehranın məlumatına görə, müharibənin ilk günündə Minab şəhərindəki qızlar məktəbinə edilən hücum nəticəsində ən azı 175 nəfər həlak olub. Reuters agentliyinin məlumatına görə, Amerika hərbi müstəntiqləri bunun ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bazasına hücumları ilə əlaqəli ola biləcəyindən şübhələnirlər.
Möctəba Xamenei həmçinin İranın "xarici təcavüzə təslim olmayacağına" söz verib və ölkə daxilində birliyə çağırıb. O, müharibədən əvvəl qlobal neft ticarətinin təxminən 20%-nin keçdiyi Hörmüz boğazının Tehranın blokadasını "mühüm təzyiq vasitəsi" adlandırıb və bunu davam etdirəcəyini bildirib.
Bundan əlavə, İranın yeni lideri Körfəz ölkələrini, orada yerləşən ABŞ hərbi bazalarını atəşə tutmasına baxmayaraq, Tehranın ərəb qonşuları ilə "isti və konstruktiv" münasibətlərini qeyd edib.
Oğul Xameneyi xalqa müraciətində “şəhid olanlar” sırasında atası ilə yanaşı “iki əziz qadının” - həyat yoldaşı və bacısının da olduğunu deyib və bütün öldürülənlər üçün qisas vəd edib.
SAMİRƏ

Chosen
3
1
baki-xeber.com

2Sources