EN

ABŞ təyyarədaşıyan gəmisinə yaxınlaşan İran gəmisi vurulub

ABŞ ordusunun "USS Abraham Linkoln" təyyarədaşıyan gəmisinə yaxınlaşan İran gəmisinə zərbə endirilib.

Ucnoqta.az xəbər verir ki, CBS bu barədə iki mənbəyə istinadən məlumat yayıb.

Xüsusilə, gəmiyə gəmi topundan atəş açılıb və döyüş helikopterindən iki raket atılıb.

Hansı hərbi gəminin iranlılara atəş açdığı dəqiqləşdirilməyib. Gəminin və heyətinin taleyi də məlum deyil. Hadisə bu həftənin əvvəlində baş verib.

CBS qeyd edib ki, "USS Abraham Linkoln"u iki esmines - "USS Spruance" və "USS Michael Murphy" müşayiət edir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu məlumatı kanala şərh etməkdən imtina edib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Abraham Linkoln təyyarədaşıyan gəmisi ABŞ-İsrail hərbi əməliyyatının aparıldığı ərazidədir. İkinci təyyarədaşıyan gəmi olan USS Gerald R. Ford Qırmızı dənizdə yerləşir.

Chosen
18
ucnoqta.az

1Sources