EN

Çin qarşı koalisiya yaradılır: Hansı ölkələr daxildir?

ABŞ, Yaponiya və Avropa Birliyi yaxın həftələrdə vacib minerallar üzrə yeni ticarət sazişi planlarını açıqlamağa hazırlaşır.

Musavat.com-un Bloomberg-ə istinadən məlumatına görə, ABŞ Ticarət nümayəndəsi Ceymison Qrir 19 martda maraqlı tərəflərin sazişlərinin toplanması müddəti bitəndən az sonra, aprel ayında Brüssel və Tokio ilə ticarət sazişi üzrə danışıqlara başlamaq niyyətindədir.

Bir mənbə agentliyə bildirib ki, ABŞ və Yaponiya planlarının elan edilməsi Yaponiyanın Baş naziri Sanae Takaiçinin 19 martda Ağ Evə səfəri ilə üst-üstə düşə bilər.

Qeyd olunur ki, iki tərəf arasında ticarət sazişi üzrə danışıqlar mövzusu Yeddilik Qrupunun (G7) sammitinin gündəliyinə daxil edilib.

Bir müddət əvvəl Kyodo News agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən G7 ölkələrinin Çindən asılılığı azaltmaq üçün vacib minerallar üzrə ticarət sazişi bağlamaq imkanlarını müzakirə etdiyini bildirmişdi.

Musavat.com

 

Chosen
19
musavat.com

1Sources