EN

İlber Ortaylı süni tənəffüs aparatına qoşulub

Bir müddətdir xəstəxanada müalicə olunan tanınmış türkiyəli tarixçi və yazıçı İlber Ortaylı reanimasiyada süni tənəffüs aparatına qoşulub.

Milli.Az xəbər verir ki, bu barədə açıqlama Ortaylının sosial şəbəkə hesabında paylaşılıb.

Məşhur tarixçinin bir müddət şüuru açıq şəkildə müalicə aldığı, lakin vəziyyətinin ciddiləşməsi səbəbindən Reanimasiya şöbəsinə köçürüldüyü qeyd olunub. Açıqlamada bazar günündən etibarən süni tənəffüs aparatına qoşulan Ortaylının vəziyyətinin stabil olduğu bildirilib.

Şəkərli diabet xəstəsi olan və böyrək çatışmazlığı səbəbindən həftədə üç gün dializ müalicəsi alan Ortaylının eyni zamanda immunitet sistemi ilə bağlı immunoterapiya aldığı bildirilir.

Milli.Az

Chosen
39
4
milli.az

5Sources