EN

AQTA rəhbərliyi ilə KTN yanında İctimai Şura bir arada

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında fəaliyyət göstərən İctimai Şura üzvləri arasında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və aktual məsələlər müzakirə olunub.

İctimai Şura üzvləri tərəfindən arıçılıq, balıqçılıq, gülçülük, ixtisaslı kadr məsələləri və digər istiqamətlərdə mövcud problemlər diqqətə çatdırılıb, bu sahələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün yekununda bu cür müzakirələrin mütəmadi olaraq aparılması və davamlı olması qərara alınıb.

Chosen
28
2
azertag.az

3Sources