EN

Azərbaycan Basketbol Liqası: “Quba” “Lənkəran”la üz-üzə gələcək

Bu gün Azərbaycan Basketbol Liqasının 19-cu turunun daha bir matçı keçiriləcək.

İdman.Biz xəbər verir ki, B qrupunda “Quba” komandası “Lənkəran”la üz-üzə gələcək.

Matç Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək və saat 15:00-da başlayacaq.

Turnir cədvəlində “Quba” 24 xalla beşincidir. “Lənkəran” isə 22 xalla altıncıdır.

Qeyd edək ki, 19-cu tura martın 15-də yekun vurulacaq. Daha əvvəl “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67) məğlub edib.

İdman.Biz
Chosen
27
1
idman.biz

2Sources