Bu gün Azərbaycan Basketbol Liqasının 19-cu turunun daha bir matçı keçiriləcək.
İdman.Biz xəbər verir ki, B qrupunda “Quba” komandası “Lənkəran”la üz-üzə gələcək.
Matç Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək və saat 15:00-da başlayacaq.
Turnir cədvəlində “Quba” 24 xalla beşincidir. “Lənkəran” isə 22 xalla altıncıdır.
Qeyd edək ki, 19-cu tura martın 15-də yekun vurulacaq. Daha əvvəl “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67) məğlub edib.