Bu gün Misli Premyer Liqasında 24-cü tur start götürəcək.
"Cebheinfo.az" xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək.
Saat 18:30-da “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı qəbul edəcək. Bu komandalar arasında 1-ci və 2-ci dövrənin matçlarında Naxçıvan təmsilçisi qələbə qazanıb.
Həmçinin bu gün saat 20:30-da“Şamaxı” “Sumqayıt”ın qonağı olacaq. Sözügedən komandaların 1-ci dövrədəki oyununda 1:1 hesabı qeydə alınıb. 2-ci dövrənin qarşılaşmasında isə “Sumqayıt” üstün olub.
13 mart
18:30. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”
“Liv Bona Dea Arena”.
20:30. “Sumqayıt” - “Şamaxı”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
"Cebheinfo.az"