EN

"İşte benim stilim"in fenomen iştirakçısının meyiti tapıldı - FOTO

Türkiyənin TV8 kanalında yayımlanan “İşte Benim Stilim” dəb yarışmasının iştirakçısı, fenomen Ayşegül Eraslan evində ölü tapılıb.

Ölkə.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, onun meyitini səhər saatlarında evinə gedən qohumlarının aşkarladığı və polisə məlumat verdiyi bildirilir.

Eraslan ölümündən əvvəl sosial şəbəkələrdə etdiyi paylaşımla diqqət çəkib.

O, əvvəlcə "Paylaşmadığım, bilmədiyiniz, sizə demədiyim şeylər olacaq. Bildiyim tək şey odur ki, mən çox yaxşı insan idim. Heç kimə pislik etməmişəm" qeydini izləyiciləri ilə bölüşüb.

Daha sonra isə fenomen qanlı dəftər fotosu paylaşıb. Bu paylaşımlarına görə onun canına qıydığı düşünülür.

Qeyd edək ki, 27 yaşlı Ayşegül Eraslan moda dizayneri kimi karyerasını davam etdirirdi. O, televiziya dünyasına "İşte Benim Stilim" müsabiqəsi ilə daxil olub və sosial mediada böyük izləyici kütləsi qazanıb.

Billurə

Chosen
29
olke.az

1Sources