EN

Çin səfiri vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib FOTO

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Çin vətəndaşlarının İrandan təxliyəsi prosesində kömək etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm".

Oxu.Az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, yaxın zamanda Azərbaycan hökuməti Çin vətəndaşlarının İrandan təxliyəsi prosesində fəal dəstək göstərib. Bu çərçivədə 600-dən çox Çin vətəndaşının Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təhlükəsiz şəkildə daxil olmasına kömək edilib. Bu addım Çin və Azərbaycan arasında yüksəksəviyyəli siyasi qarşılıqlı etimadın daha bir konkret təzahürü kimi qiymətləndirilir.

"Bu fürsətdən istifadə edərək Azərbaycan hökumətinə göstərilən dəstək və yardım üçün dərin təşəkkürümü bildirirəm.

Gələcəkdə iki ölkənin xarici siyasət qurumları, qanunverici orqanları, siyasi partiyaları, eləcə də ticarət, iqtisadiyyat və humanitar sahələr üzrə əlaqələr daha geniş gündəliyə malik olacaq.

2026-cı ildə Azərbaycan tərəfi ilə birlikdə iki ölkə arasında ənənəvi dostluğu daha da möhkəmləndirməyi, dövlət başçıları tərəfindən əldə olunmuş mühüm razılaşmaların qətiyyətlə həyata keçirilməsini və Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının daha da inkişafına nail olmağı səbirsizliklə gözləyirik".

Töhfə Səməd

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
80
oxu.az

1Sources