EN

Partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

Sumqayıt şəhərində evdə baş verən partlayış hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Martın 12-də saat 21:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına iki nəfər (kişi) hospitalizasiya olunub.

"Pasiyentlərə baş və boyun nahiyəsinin termiki, kimyəvi yanıqları, yuxarı ətraf və çiyin qurşağı nahiyəsinin (bilək və əl istisna olmaqla) termiki və kimyəvi yanıqları, həmçinin tənəffüs yollarının termiki və kimyəvi yanıqları diaqnozları təyin edilib.

Zəruri tibbi xidmətlər göstərilən hər iki şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub", - deyə məlumatda bildirilir.

Chosen
1
3
metbuat.az

5Sources