Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Sumqayıt şəhərinin 47-ci məhəlləsində yaşayış binalarının birində evdə partlayış hadisəsi baş verib.
Ölkə.az Report-a istinadən xəbər verir ki, partlayış nəticəsində 1994-cü il təvəllüdlü Elçin Varyat oğlu Verdiyev və 1973-cü il təvəllüdlü İxtiyar Ağayar oğlu İxtiyarov xəsarət alıblar.
Onlar dərhal xəstəxanaya çatdırılıblar.
Sumqayıt şəhərində evdə baş verən partlayış hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, martın 12-də saat 21:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına iki nəfər (kişi) hospitalizasiya olunub.
"Pasiyentlərə baş və boyun nahiyəsinin termiki, kimyəvi yanıqları, yuxarı ətraf və çiyin qurşağı nahiyəsinin (bilək və əl istisna olmaqla) termiki və kimyəvi yanıqları, həmçinin tənəffüs yollarının termiki və kimyəvi yanıqları diaqnozları təyin edilib.
Zəruri tibbi xidmətlər göstərilən hər iki şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub", - deyə məlumatda bildirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.