EN

“İranın yeni ali lideri yaralanıb, amma yəqin ki, hələ sağdır” Tramp

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trump İranın yeni ali lideri Müctəba Xameneinin vəziyyəti ilə bağlı açıqlama verib. O bildirib ki, Xameneyi yaralanmış ola bilər, lakin böyük ehtimalla hələ də sağdır.

Tramp bu barədə "Fox News" telekanalının aparıcısı Brayan Kilmidə müsahibəsində danışıb. ABŞ Prezidenti qeyd edib ki, İranın yeni ali lideri müharibə şəraitində vəzifəyə gəldikdən sonra ictimaiyyət qarşısında görünməyib.

“Düşünürəm ki, bəli, o yəqin ki, sağdır. Hesab edirəm ki, yaralanıb, amma hər halda hələ də yaşayır”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti İranın son aylarda Yaxın Şərqdə geniş hərbi planlar qurduğunu da iddia edib. Onun sözlərinə görə, Tehran region ölkələrini raket arsenalı ilə hədələyirdi və regionda üstünlük qazanmağa çalışırdı.

“İranın son dörd ayda Yaxın Şərq ölkələrinə yönəldilmiş minlərlə raketi var idi. Onlar regionu nəzarətə götürmək istəyirdilər. BƏƏ, Qətər, Oman və Səudiyyə Ərəbistanı kimi dövlətlər bundan narahat idi”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton İranın hərbi gücünə ciddi zərbələr endirib. Onun sözlərinə görə, İranın hərbi-dəniz qüvvələri faktiki olaraq məhv edilib, hava qüvvələri isə fəaliyyət qabiliyyətini itirib.

Tramp həmçinin iddia edib ki, gəmilər artıq  Hörmüz boğazından qorxmadan keçə bilər. 

“Qorxmağa heç bir səbəb yoxdur. İranın artıq hərbi donanması yoxdur, biz onların bütün gəmilərini batırmışıq”, – deyə ABŞ prezidenti vurğulayıb.

Eyni zamanda Tramp özünün  sosial şəbəkə hesabında paylaşdığı mesajda ABŞ-nin İran rejimini hərbi və iqtisadi baxımdan tamamilə məğlub etdiyini iddia edib.

O, həmçinin "The New York Times" qəzetini tənqid edərək bildirib ki, həmin nəşr ABŞ-ın hərbi əməliyyatlarda üstünlüyünü düzgün əks etdirmir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
azpolitika.info

1Sources