Bakı.Trend:
Yerli əhəmiyyətli Neftçala–Yeniqışlaq–Mikayıllı avtomobilyolunun asfalt örtüklə təmir olunması Avtomobil Yolları DövlətAgentliyi tərəfindən dövlət proqramına daxil edilmiş və təmirinəzərdə tutulub.
Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, Salyan rayonundan keçməklə ümumiuzunluğu 50 km olan (Bakı–Astara magistral yoluna qədər olanməsafə) Neftçala–Xıdırlı avtomobil yolunun ilkin sxemihazırlanıb.
Neftçala rayonu ərazisində 45 şəhid ailəsinin yaşadığı ünvandaümumilikdə 13,2 km uzunluqda küçələr asfaltlaşdırılmış, 25 şəhidailəsinin yaşadığı ünvanda isə 12,2 km uzunluqda küçələrə çınqıldöşənib.
Mövcud qaydalara əsasən avtomobil yolunun tikintisi nəzərdətutulan ərazilərdə müvafiq inventarlaşdırma və qiymətləndirməişləri həyata keçirildikdən, həmin ərazinin yol infrastrukturu üçünyararlılığı və əhəmiyyəti müəyyən edildikdən sonra bu barədəmüvafiq qərar qəbul edilir. Neftçala rayonunun Xəzər kəndindənkeçməklə birbaşa Masallı rayonuna asfalt yolun çəkilməsi məsələsinəaidiyyəti qurumların rəy və təklifləri əsasında baxılacaqdır.
Neftçala rayonu ərazisində keçmiş 26-lar–Xıllı adlanan yol Xıllıbələdiyyəsinin balansında olduğundan həmin yolun bərpa edilməsiməsələsinə yerli sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraqbələdiyyənin maliyyə imkanları çərçivəsində baxıla bilər.
Neftçala–Yeniqışlaq–Mikayıllı avtomobil yolunun təmirininnövbəti illərin Dövlət İnvestisiya Proqramına salınması barədətəklif Yolları Dövlət Agentliyi tərəfindən İqtisadiyyat Nazirliyinətəqdim olunub.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyun tarixli623 nömrəli Sərəncamına əsasən Xaçmaz rayonu ərazisində yerləşən,ümumi uzunluğu 38,5 km olan avtomobil yolununGəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28km)–KöhnəXaçmaz–Xaspoladoba–Gəncəli–Babəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəllimarşrutu üzrə avtomobil yolunun əsaslı təmiri işlərinə 2025-ci ildəbaşlanılmışdır. Avtomobil yolunun əsaslı təmiri işlərinin 2026-cıilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur.
Sözügedən kənd yollarının isə növbəti illərin Dövlət İnvestisiyaProqramına salınması barədə təklif Avtomobil Yolları DövlətAgentliyi tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim olunub.