EN

Bu səfər Azərbaycan-Avropa münasibətlərində yeni üfüqlər açır




"Cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri uğurla baş tutmuşdur. Görüş zamanı enerji sahəsində, xüsusilə bərpaolunan enerji üzrə əməkdaşlığın geniş potensialı müzakirə edilmiş, ölkəmizin Avropa ilə strateji tərəfdaşlıq əlaqələri daha da möhkəmləndirilmişdir".

Newscenter.az xəbər verir ki, bunları politoloq Aqil Cəfərov deyib. O bildirib ki, bu səfər Azərbaycan-Avropa münasibətlərində yeni üfüqlər açır, iqtisadi və siyasi sahələrdə uzunmüddətli faydalar təmin edir:

"Cənab Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş fəaliyyəti Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir, regionda sülh və əməkdaşlığın inkişafına təkan verir".

Anar
Chosen
11
newscenter.az

1Sources