EN

Baş nazir Azərbaycanın quru sərhədlərinin açılmasından danışdı

“Prezidentin xarici siyasət kursu Azərbaycanın suverenliyini möhkəmləndirir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də parlamentdə hökumətin 2025-ci il üzrə fəaliyyət hesabatını təqdim edərkən bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü xarici siyasət kursu, strateji uzaqgörənliyi və milli maraqlara sadiq mövqeyi nəticəsində Azərbaycanın suverenliyi və sərhədləri etibarlı və davamlı şəkildə qorunur.

Ə.Əsədov vurğulayıb ki, son hadisələr Prezidentin dövlət və xalqın təhlükəsizliyinə verdiyi önəmin əyani təsdiqidir:

“Ötən həftə İran ərazisindən Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə müdaxilə cəhdi qeydə alındı. Bu xoşagəlməz hadisə göstərdi ki, Azərbaycan güclü və hazırlıqlıdır, xalqının təhlükəsizliyini qorumaq üçün hər zaman prinsipial mövqedədir”.

O əlavə edib ki, regionda mürəkkəb vəziyyət Azərbaycanın quru sərhədlərini müvəqqəti bağlı saxlamasının zəruriliyini bir daha sübut edir:

“Bütün bu proseslər göstərir ki, cənab Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasəti Azərbaycanı həm daxili təhlükəsizliyi, həm də regional sabitliyi təmin etmək gücünə malik edir”.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
31
yenisabah.az

1Sources