EN

Bu rayonun bəzi kəndləri BİRLƏŞDİRİLƏCƏK

Laçın rayonunun bəzi kəndlərinin birləşdirilməsi nəzərdə tutulur.

News365.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, Şəlvə kəndinin İmanlar, Kürdhacı kəndinin Hacısamlı, Səfiyan kəndinin isə Türklər, Aşağı Fərəcan və Yuxarı Fərəcan kəndləri ilə birləşdirilməsi nəzərdə tutulur.

Chosen
13
22
news365.az

10Sources