Laçının bu kəndləri birləşdirilir
Laçın rayonunun bəzi kəndlərinin birləşdirilməsi nəzərdə tutulur.BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb. Qeyd edilib ki, Şəlvə kəndinin İmanlar, Kürdhacı kəndinin Hacısamlı, Səfiyan kəndinin isə Türklər, Aşağı Fərəcan və Yuxarı Fərəcan kəndləri ilə birləşdirilməsi nəzərdə tutulur.