EN

İlber Ortaylı süni tənəffüs aparatına qoşuldu

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən tarixçi İlber Ortaylının səhhəti pisləşib.

Far.Az xəbər verir ki, o artıq süni tənəffüs aparatına qoşulub. Tarixçi hazırda Koç Universitetinin Xəstəxanasındadır.

Ortaylının şəkər xəstəsi olduğu, böyrək problemləri səbəbindən həftədə üç gün dializ aldığı və immun sistemi ilə bağlı immunoterapiya (bədənin öz immunitet sistemini xərçəng hüceyrələrini tanımaq və məhv etmək üçün gücləndirən bioloji müalicə üsuludur) aldığı bildirilib.

78 yaşlı tarixçi yanvar ayında prostatından əməliyyatı olub.

Bu barədə jurnalist Fatih Altaylı məlumat yayıb.

Chosen
4
far.az

1Sources