Siyəzəndə dəm qazından zəhərlənən 27 yaşlı qadın xəstəxanda ölüb.
APA-nın məlumatına görə, hadisə ötən gün baş verib.
Məlumata görə, Yenikənd kənd sakini 1999-cu il təvəllüdlü Esmira Məmmədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
O, bu gün yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.