EN

Kəlbəcərdə Milli Park yaradılır

Kəlbəcərdə yeni Milli Park yaradılacaq.

Turkustan.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Bildirilib ki, 2025-ci il 5-7 may tarixlərində Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutu və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun Azərbaycan Nümayəndəliyi (WWF) tərəfindən Kəlbəcər rayonunda yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması imkanlarının araşdırılması, habelə Kəlbəcər rayonunun təbii landşaftında adları Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş nadir və nəsli kəsilmək təhlükəsində olan Ön Asiya bəbiri (Panthera pardus) və Bezoar keçisi (Capra aegagrus) populyasiyalarının mövcud olduğu biotoplarda populyasiyaların öyrənilməsi məqsədilə çöl tədqiqat işləri aparılıb. Bundan əlavə, Kəlbəcər rayonunda yaradılması nəzərdə tutulan yeni Mili Parkla əlaqədar 23-24 sentyabr tarixlərində Ağdərə və Xocalı rayonlarının ərazilərində, xüsusilə Qırxqız dağları istiqamətində və Meydan düzündə monitorinqlər aparılıb.

Həmçinin Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanaraq müvafiq qaydada təqdim edilib və razılıq əldə edilib.

Chosen
15
5
turkustan.az

6Sources