EN

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə nə qədər şikayət daxil olub?

2025-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 5 minə yaxın ərizə, 890 şikayət və 31 təklif xarakterli müraciət daxil olub ki, onlardan 3.6 min müraciət vətəndaşlar tərəfindən birbaşa olaraq agentliyə edilib.

Ölkə.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Bildirilib ki, digər təşkilatlardan baxılması üçün agentliyə göndərilən müraciətlərin sayı 2.3 min olub ki, bu da əvvəlki illə müqayisədə 22.6 faiz azdır.

Hesabatda, həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) daxil edilən müraciətlərin sayı da əksini tapıb və quruma ümumilikdə 30.2 min vətəndaş müraciəti daxil olub ki, onlardan 21.8 mini (72.2 faiz) ərizə, 8.4 mini (27.7 faiz) şikayət, 43-ü (0.1 faiz) isə təklif xarakterli olub.

Sənəddə qeyd edilib ki, daxil olan müraciətlərdən 21.9 mini üzrə müvafiq izahat verilib, 3.6 mini (11.8) həll olunub, 1.9 mini (6.3 faizi) qismən təmin edilib, 1.3 mini (4.4) faizi aidiyyəti üzrə göndərilib, 591-i (2 faiz) baxılmamış saxlanılıb, 912-si (3 faiz) icrada olub, 5 müraciətin isə dövlət proqramı çərçivəsində icrası nəzərdə tutulub.//Oxu.Az

Chosen
9
olke.az

1Sources