EN

İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı



“Akkord İnşaat Sənaye” ASC-nin qiyabi olaraq 15 il həbs cəzası verilən keçmiş sahibi İlqar Hacıyevin milyonlarla qiyməti olan əmlakları müsadirə olunub. “Qafqazinfo” dövlət nəfinə alınan həmin əmlakların siyahısını əldə edib:

- Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeyri-yaşayış binası;

- Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən böyük bağ evləri və mənzillər;

- Badamdar qəsəbəsində torpaq sahəsi;

- Yasamal rayonu, Mətbuat prospektində mənzil;

- Nərimanov rayonu, Ağa Nemətulla küçəsində mənzil.

İlqar Hacıyevin daha əvvəl iki əmlakı üzərinə qoyulmuş həbs qərarı isə ləğv edilib. Bunlar Mərdəkan qəsəbəsində torpaq sahəsi və üzərində yerləşən 776,7 kv.m qeyri-yaşayış binası və eyni ünvanda torpaq sahəsidir.

Qeyd edək ki, İ.Hacıyev külli miqdarda dələduzluqda və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında təqsirli bilinib. O, dəfələrlə Baş Prokurorluğa çağırılsa da, istintaqa getməyib. Ölkədən qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmayıb.

Chosen
23
32
baki-xeber.com

10Sources