EN

İsrail Beyrutda "Hizbullah"ın maliyyə mərkəzlərini vurub

İsrail

İsrail hərbçiləri Beyrutda İsrail Müdafiə Ordusunun (SAXAL) məlumatına görə şiə təşkilatı "Hizbullah" ilə əlaqəli olan "Əl-Qard əl-Həsən" maliyyə təşkilatının bölmələrinə zərbələr endirdiklərini bəyan ediblər.

Xalqcebhesi.az-ın məlumatına görə, bəyanatda deyilir: "Beyrutda "Əl-Qard əl-Həsən" təşkilatının bölmələrinə və "Hizbullah"ın digər mühüm maliyyə aktivlərinə zərbələr endirilib".

İsrail hərbçilərinin məlumatına görə, bu zərbələr təşkilatın fəaliyyətini tamamilə iflic edib və "Hizbullah"ın öz qüvvələrini artırmaq kanallarına ciddi ziyan vurub.

Chosen
34
xalqcebhesi.az

1Sources