EN

Neft bahalaşdığı üçün bu ölkədə məktəblər bağlanıb


İrandakı müharibə səbəbindən qlobal neft bazarında yaranan böhran ölkələri ciddi enerji tədbirləri görməyə vadar edib.
Yeniavaz.com
CNN-ə istinadən xəbər verir ki, dünyanın ən mühüm enerji marşrutlarından biri hesab olunan Hörmüz boğazının tanker daşımaları üçün faktiki olaraq bağlanması neft tədarükünü kəskin şəkildə məhdudlaşdırıb.
Nəticədə yaranan neft qıtlığı və qiymət artımı bir çox ölkəni fövqəladə tədbirlər görməyə məcbur edib.
ABŞ – Vaşinqton uzun müddətdir ölkələri Rusiyadan neft almamağa çağırsa da, yaranmış vəziyyət fonunda cümə axşamı Rusiyadan bəzi neft məhsullarının müvəqqəti alınmasına icazə verən lisenziya təqdim edib.
Avstraliya – Kənd təsərrüfatı sektorunda yanacaq qıtlığını azaltmaq üçün strateji ehtiyatlardan 762 milyon litr benzin və dizel bazara buraxılır. Hökumət, həmçinin yanacağın keyfiyyət standartlarını müvəqqəti yumşaldaraq daha yüksək kükürd tərkibli benzinin yerli ehtiyatlarla qarışdırılmasına icazə verib.
Yaponiya – Baş nazir Sanae Takaiçi bildirib ki, ölkə bazar ertəsindən etibarən ehtiyatlardan 80 milyon barel neft istifadə etməyə başlayacaq. Bu həcm Yaponiyanın ümumi strateji ehtiyatlarının təxminən 45 gününə bərabərdir.
Cənubi Koreya – Hökumət təxminən 30 ildən sonra ilk dəfə yanacaq qiymətlərinə məhdudiyyət tətbiq edib. Energetika Nazirliyinin məlumatına görə, gecə yarısından etibarən adi benzinin qiyməti litri 1 724 von (təxminən 1,17 dollar) səviyyəsində sabitləşdirilib.
Hindistan – Dünyanın ən çox əhalisi olan ölkəsi və mayeləşdirilmiş neft qazının (LPG) ən böyük idxalçılarından biri kimi fövqəladə səlahiyyətlərdən istifadə edib. Hökumət yanacağın bir hissəsini sənaye sektorundan ev təsərrüfatlarının təminatına yönəldir.
Banqladeş – Milyonlarla sakinə elektrik enerjisindən daha az istifadə etmək çağırışı edilib. Vətəndaşlara kondisionerləri minimum səviyyədə işlətmək, işıqları söndürmək və zəruri olmayan səfərlərdən çəkinmək tövsiyə olunub.
Pakistan – Hökumət sərt qənaət tədbirləri tətbiq edib. Bu tədbirlərə məktəblərin bağlanması və evdən işləmə rejiminin tətbiqi də daxildir.
Şimali Koreya – Ölkənin onsuz da zəif olan yanacaq təchizatı əsasən Çin və Rusiyadan gələn məhdud kanallardan asılıdır. Enerji qiymətləri artmağa davam edərsə, bu təchizatın daha da çətinləşəcəyi ehtimal olunur.

Fəridə Əsədzadə
Chosen
31
1
yeniavaz.com

2Sources