İsrail Hərbi Hava Qüvvələri "Əl-Qərd əl-Həsən" qruplaşmasının obyektlərinə və "Hizbullah" təşkilatının silah anbarlarına zərbələr endirib.
"Far.Az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) mətbuat xidmətinin bəyanatında deyilir.
Məlumata görə, IDF cümə axşamı Beyrut, Bekaa vadisi və Livanın cənubundakı bir sıra rayonlarda "Hizbullah"ın infrastrukturuna onlarla zərbə endirib.
"Zərbələr vətəndaşların vəsaitlərindən maliyyə xidmətləri göstərmək və öz fəaliyyətinə dəstək məqsədilə istifadə edən "Hizbullah"a dəyən ziyanın artırılmasına yönəlib. Bu zərbələr "Əl-Qərd əl-Həsən" qruplaşmasına qarşı həyata keçirilən silsilə hücumları tamamlayır və təşkilatın resurslarına vurulan ziyanı daha da artırır", - bəyanatda deyilir.