EN

“O, möhtəşəm məşqçidir, Azərbaycanda yaxşı işlər görür”

Sportinfo.az xəbər verir ki, vaxtilə "Neftçi"nin formasını geyinmiş, uzun müddətdir ki, "Hayduk"da çıxış edən Dario Melnyak sportal.az-a açıqlama verib.

Xorvatiyalı bir zamanlar birlikdə çalışdığı, hazırda "Sabah"a rəhbərlik edən Valdas Dambrauskas haqda qısa fikirlərini bildirib.

O, litvalı mütəxəssis haqda yüksək fikirdə olduğunu deyib: "Valdas Dambrauskas möhtəşəm məşqçidir.

Mən onun adına çox sevinirəm. Azərbaycanda da yaxşı işlər görür. Mövsümün sonuna qədər ona bol uğurlar arzulayıram”.

33 yaşlı müdafiəçi "Slaven", "Lokeren", "Neftçi", "Domjale", "Rizespor"də oynadıqdan sonra 2021-ci ildə "Hayduk"a keçib və o vaxtdan Split təmsilçisinin üzvüdür.

Dambrauskas isə 2021-ci ildən 2022-ci ilə qədər "Hayduk"da işləyib və ölkə kubokunu qazanıb.

Chosen
34
sportinfo.az

1Sources