EN

G7 ölkələrindən Trampa çağırış: İranla müharibəni dayandırın

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı ondan İrandakı müharibəni dayandırmağı tələb ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, telefon danışığını tanış olan iki məmur bildirərək deyiblər: “Bütün digər liderlər Trampdan mümkün qədər tez müharibəni dayandırmağı xahiş edib, eyni zamanda Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıblar.”

Qeyd olunur ki, danışıq G7 liderlərinin Yaxın Şərqdə müharibənin artan iqtisadi təsirlərindən ciddi narahatlığı səbəbindən baş tutub.

Aytəkin TOFİQQIZI

Chosen
67
1
redaktor.az

2Sources