EN

Arbeloa "Siti" ilə oyundan öncə 5 ulduz futbolçu ilə bağlı qərar verdi

"Real"ın baş məşqçisi Alvaro Arbeloa La Liqanın 27-ci turunda "Elçe" ilə qarşılaşmada heyət rotasiyasını planlaşdırıb.

Publika.az xəbər verir ki, matç şənbə günü keçiriləcək və bu, Madrid klubunun Çempionlar Liqasında "Mançester Siti" ilə oyunundan cəmi üç gün öncəyə təsadüf edir.

"Marca"nın məlumatına görə, qarşıdakı oyunda müdafiəçilər Antonio Rudiger, Trent Aleksander-Arnold, yarımmüdafiəçilər Oelyen Çuameni, Federiko Valverde və qapıçı Tibo Kurtua istirahət edəcək.

Start heyətində isə Daniel Karvaxal, Manuel Anxel, Qonsalo Qarsiya, Fran Qarsiya və Andrey Lunin kimi futbolçular meydana çıxacaq.

Chosen
5
publika.az

1Sources