EN

"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"

12 mart 2026-cı il tarixində “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu keçirilib.

Forumda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak ediblər.

Forumun açılış mərasimində iştirak edən dövlət başçısı regional təhlükəsizliyin Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olduğunu qeyd edib.  Vurğulayıb ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünü müdafiə hüququ çərçivəsində həyata keçirdik.

Ölkə başçısı XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı ilə Azərbaycanın indiyəqədərki mövqeyini bir daha açıq şəkildə bəyan etdi”.

Bu gün regionda və ümumilikdə dünyada baş verən hadisələr, bu hadislərin fonunda Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsi  dövlətimizin beynəlxalq münasibətlər sistemində etibarlı və sabit tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Chosen
66
redaktor.az

1Sources