EN

Türkiyə MN İrandan üçüncü ballistik raketin atıldığını təsdiqlədi

 İrandan atılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər cür təhdidlərə qarşı qətiyyətlə və tərəddüd etmədən bütün zəruri tədbirlər görülür və hadisənin bütün aspektlərini aydınlaşdırmaq üçün müvafiq ölkə ilə müzakirələr aparılır. Bölgədəki bütün inkişaflar diqqətlə izlənilir və qiymətləndirilir, milli təhlükəsizliyimiz prioritet təşkil edir", - deyə vurğulanıb.

Xatırladaq ki, bu gecə Türkiyənin Adana vilayətinin hava məkanında yanaraq düşən bəzi cisimlər görünüb.

Daşqın Həsənov Missiya.Az

Chosen
71
50
missiya.az

10Sources